Məsləhət almağa gəlincə, ilk növbədə doğru insana müraciət etdiyinizə əmin olmalısınız. Bəzi dostlar tanışlıq məsləhətləri üçün, bəziləri isə şəhərin ən yaxşı restoranları üçün ideyalar əldə etmək üçün yaxşıdır, bəziləri isə karyera məsələlərində yada düşür.
Bu, məsləhətçilərin ortaq cəhəti isə onların bürcləri.
Bizim.Media məsləhətə ehtiyacınız olduğu zaman müraciət edə biləcəyiniz bürclərin siyahısını təqdim edir:
1. Oxatan
Macəra və əyləncə həvəskarı olan oxatanlar işlər ciddiləşəndə də sizin dadınıza çata bilər. Xüsusilə də, iş həyatınızda onların məsləhətlərinı arxalana bilərsiniz. Oxatanlar sizə hər işin öhdəsindən asanlıqla gəlməyin yollarını, eləcə də motivasiyanızı yüksəltmək üçün variantları tövsiyyə edə bilirlər. Onlar optimist insanlardır və hər zaman sizə müsbət emosiyalar ötürürlər. İstirahət edəcək məkan axtaranda da oxatanların məsləhətlərinə baş vura bilərsiniz.
2. Oğlaq
Hamımız motivasiya edilmədiyimiz və ambisiyalarımızın, məqsədlərimizin bir az əlçatmaz olduğu mərhələlərdən keçirik. Oğlaqlar zəhmətkeşdirlər və tam ünsiyyət qururlar, ona görə də ideyalar tapmaqda çətinlik çəkirsinizsə oğlaq dostlarınıza zəng edin. Təlaşınızı aradan qaldırmaq üçün necə təşəbbüs göstərə biləcəyiniz barədə sizə ən yaxşı məsləhətləri verəcək.
Biznes planları yazmaqdan, ortaq ola biləcəyiniz ən yaxşı şirkətləri, məhsullarınızı reklam etmək üçün ən yaxşı platformaları araşdırmaqdan və s. haqqında onlarla ünsiyyət qura bilərsiniz. Oğlaqlar praktik, həll yönümlü və səbirlidirlər, ona görə də nə qədər sual versəniz belə, oğlaqlar sizə ən yaxşı cavabları verəcəklər.
3. Əqrəb
İstintaq və sorğu-sual ustası olan əqrəb bürcü sevgilinizlə bağlı problemlərin həlli ilə bağlı məsləhətə ehtiyacınız olduqda ən yaxşı dostunuzdur. Onlar sizə nə qədər güclü və ideal partnyor olduğunuzu xatırladacaq, eyni zamanda qarşı tərəfin sizdən gizlətiklərini öyrənmək üçün variantlar verəcək. Ancaq əqrəblərin bütün məsləhətləri intiqam və intriqa ilə bağlı deyil.
Əgər biri ilə ilk dəfə görüşəcəksiniz və həyəcanınızın öhdəsindən gələ bilmirisinizsə, yenə də əqrəb sizin köməyinizə gələ bilər.
4. Xərçəng
Ən qayğıkeş bürc olan xərçənglər sizə hər şey haqqında ağıllı məsləhətlər verəcəkdir. Kişi problemlərindən tutmuş ailə problemlərinə, yeməkdən kino seçiminə qədər bütün mövzularda xərçənglərdən tövsiyyə ala bilərsiniz. Onlar həm də çox intuitivdir.
Siz söhbətə başladığınız anda problemin nədən ibarət olduğunu hiss edib, çözüm yolları düşünməyə başlayırlar. Ən kiçik bir şey haqqında danışmaq üçün kiməsə ehtiyacınız və xərçəng bürcündən olan dostunuz varsa şanslı insansınız.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:45 / 10.06.2022
Ən yaxşı məsləhət verən BÜRCLƏR – Kimin tövsiyyəsinə hər zaman güvənə bilərsiz?
Hazırda oxunan: Ən yaxşı məsləhət verən BÜRCLƏR – Kimin tövsiyyəsinə hər zaman güvənə bilərsiz?
Hazırda oxunan: Ən yaxşı məsləhət verən BÜRCLƏR – Kimin tövsiyyəsinə hər zaman güvənə bilərsiz?
78477
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.