FIFA Ekvadoru dünya çempionatından kənarlaşdırır

FIFA Ekvadoru dünya çempionatından kənarlaşdırır

Hazırda oxunan: FIFA Ekvadoru dünya çempionatından kənarlaşdırır

78377

FIFA iyunun 10-da Ekvador yığmasının 2022-ci il dünya çempionatından kənarlaşdırılması barədə qərarını açıqlaya bilər.

Bizim.Media "TV Azteca"ya istinadən xəbər verir ki, ali futbol qurumu artıq Ekvadorun DÇ-2022-də iştirak etməyəcəyi, onun yerinin isə Çiliyə verilməsi barədə qərar qəbul edib.

Daha əvvəl bildirilib ki, Çili millisinin vəkili Eduardo Karpetso, müdafiəçi Bayron Kastilyonun kolumbiyalı olduğu üçün Ekvador yığmasında oynaya bilməyəcəyinə dair sübutlara malikdir.

Vəkilin əldə etdiyi doğum haqqında şəhadətnamədə Kastilyonun Ekvadorda deyil, 1988-ci ildə Kolumbiyanın Tumako şəhərində doğulduğu göstərilib.

Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO