Ədliyyə naziri Lənkəranda vətəndaşları qəbul etdi

Ədliyyə naziri Lənkəranda vətəndaşları qəbul etdi

Hazırda oxunan: Ədliyyə naziri Lənkəranda vətəndaşları qəbul etdi

78363

İyunun 8-də ədliyyə naziri Fikrət Məmmədov Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilərək onların ədliyyə fəaliyyəti barədə müraciətlərinə baxılıb, xüsusilə Vətən müharibəsi iştirakçılarının qayğılarına həssaslıqla yanaşılıb, qaldırılan məsələlərin bəzilərinin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, digərləri isə araşdırılması üçün nəzarətə götürülməklə nazirliyin qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Bölgə sakinləri onların müraciətlərinə daim diqqət və həssaslıqla yanaşılmasına, yerlərdə qəbulların keçirilməsi ilə bağlı yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı nazir yerli ədliyyə orqanlarına baş çəkib, ədliyyə işçiləri ilə görüşərək iş şəraiti ilə tanış olub və müvafiq göstərişlər verib.

Dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tələblərini daim rəhbər tutmalarını diqqətə çatdırıb, xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl etmələri barədə tapşırıqlar verib.

Eyni zamanda hakimlər və ədliyyə işçiləri ilə müşavirələr keçirilərək ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üzrə görülən tədbirlər, yol verilən nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub, məhkəmə və ədliyyə fəaliyyətində şəffaflığın artırılması, antikorrupsiya tədbirlərinin gücləndirilməsi, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması və vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı tövsiyələr verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO