Qadağalara başlamaq lazımdır? - Millət vəkilindən “şortik məsələsi” ilə bağlı AÇIQLAMA 

Qadağalara başlamaq lazımdır? - Millət vəkilindən “şortik məsələsi” ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Qadağalara başlamaq lazımdır? - Millət vəkilindən “şortik məsələsi” ilə bağlı AÇIQLAMA 

78295

Bu gün sosial şəbəkələrdə Azərbaycan Tibb Universiteti kitabxanasına daxil ola bilmək üçün tələb olunan xüsusi “dress code” tələbələr tərəfindən yetərincə etiraz sədalarına səbəb olub. Maraqlısı odur ki, universitet dəhliz, otaq və yeməkxanalarına tətbiq etmədiyi etika və estetika qaydalarını sırf kitabxanaya tətbiq etməyi məqbul görüb.

Bizim.Media Azəbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanovadan məsələ ilə əlaqədar açıqlama alıb. Təhsil müəssisəsinin xanım sözçüsü bunun doğru addım olduğunu ərz edib.
 

MÖVZU İLƏ BAĞLI:

Tibb universitetindən “şortik qadağası” ilə bağlı AÇIQLAMA: “Tələbə istədiyini geyə bilməz” - FOTO


Millət vəkili Razi Nurullayev də bu qərarı dəstəklədiyini bildirib: 

“Azərbaycan Tibb Universiteti, eləcə də adı çəkilən digər məkanlarda “dress code”-un müəyyən edilməsinə pis baxmıram, əksinə, elm ocağında “dress code” olmalıdır. Elmlər Akademiyasına, universitetə şortikdə, açıq-saçıq gəlmək nə dərəcədə düzgündür? Mən dünyanın heç bir yerində görməmişəm ki, tələbə univeristetə şortikdə gəlsin. Sadəcə bizim ölkəmizdə hər şeyin ağını çıxartmağı xoşlayırlar”.

Millət vəkili bildirib ki, əgər təhsil, mədəniyyət mərkəzində şortikdə gəzmək ilə bulvarda şortikdə gəzmək arasında fərq olmayacaqsa, bu yanaşma doğru ola bilməz:

“Mən ATU-nun bu “dress code” müəyyən etməsini dəstəkləyirəm. Universitetlərdə oğlanların şortik, qızların çox qısa ətək geyinməsinə yaxşı baxa bilmərəm. Amma Mədəniyyət Nazirliyinin qırmızı dodaq boyası ilə bağlı qadağasını düzgün hesab etmirəm. Sən bir qadına kosmetikadan istifadə etməyi qadağan edə bilməzsən, necə geyinməyi əmr edə bilməzsən. Universitetlərdə isə məsələ başqadır, müəyyən qadağa, “dress code” qoymaq olar”.

Razi Nurullayev bildirir ki, Mədəniyyət Nazirliyi teatra gələn tamaşıçıların geyimi ilə bağlı isə qadağa qoya bilər:

“Dünyada bu cür “dress code”-lar mövcuddur. Operaya, teatr tamaşasına cins şalvarda gələnlər yaxşı qarşılanmır. İnsanlar belə yerlərə ən gözəl paltarlarında gəlirlər”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO