Meqan Markl və Şahzadə Harri ilk dəfə qızlarının fotosunu yaydı - FOTO

Meqan Markl və Şahzadə Harri ilk dəfə qızlarının fotosunu yaydı - FOTO

Hazırda oxunan: Meqan Markl və Şahzadə Harri ilk dəfə qızlarının fotosunu yaydı - FOTO

78217

Şahzadə Harri və Meqan Marklın qızı Lilibetin fotoları sosial şəbəkə hesabında yayılıb. 

Bizim.Media xəbər verir ki, şəkillər britaniyalı fotoqraf Misan Harriman cütlüyün Lilibetin ilk doğum günü münasibətilə Londonda təşkil etdiyi şənlik zamanı çəkib.  

Yalnız ən yaxınlarının qatıldığı şənlik şahzadə Harri və Meqan Marklın uşaqları ilə qaldıqları “Froqmore” kottecinin həyətində keçirilib.  

Harriman yaxın ailə dostudur və əvvəllər hamiləliyi zamanı Meqan Marklın şəklini çəkib. Fotoqrafın “Instagram”da paylaşdığı fotoya şərhlərdə istifadəçilər Lilibetin atası şahzadə Harriyə çox bənzədiyini yazıblar. 

Şahzadə Harri və Meqan Markl Kraliça II Yelizavetanın hakimiyyətinin platin ildönümünü qeyd etmək üçün Böyük Britaniyaya gəliblər.  
Londonda olduqları müddətdə ilk dəfə adını II Yelizavetanın uşaqlıq ləqəbindən götürən Kraliça Lilibetlə tanış olublar. Londonda cütlük iki ildən sonra ilk dəfə digər ailə üzvləri ilə küçəyə çıxıb, lakin Bukingem sarayının eyvanında kraliçanın yanında görünməyib.  

Kraliça II Yelizavetanın yubileyinin qeyd olunmasının bitməsini gözləmədən cütlük Böyük Britaniyanı tərk edib. 

Britaniya mətbuatının yazdığına görə, bayram zamanı cütlüyün yolları Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonla heç vaxt kəsişməyib: onlar da Lilibetin şərəfinə keçirilən şənlikdə görünməyiblər. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO