"Real" "Monako" ilə razılığa gəldi

Hazırda oxunan: "Real" "Monako" ilə razılığa gəldi

78146

"Real" Orelyen Tçuamenini transferi üçün "Monako" ilə şifahi razılığa gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.  

Madrid klubu 22 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı knyazlıq təmsilçisi ilə anlaşıb. Transferin məbləği 100 milyon avrodan çox olacaq. 

Hazırda klublar lazımi sənədləşmə işlərini yekunlaşdırır. Bundan sonra futbolçunun transferi rəsmən açıqlanacaq. 

Bildirilib ki, fransalı oyunçu "Real"a keçmək üçün PSJ, "Liverpul" və "Mançester Yunayted"dən imtina edib. 

Qeyd edək ki, Tçuameni "Monako"nun heyətində 50 oyuna çıxıb və 5 qol vurub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO