1 yaşı tamam olmamış körpə nəyin qurbanı olub? - ÖZƏL

1 yaşı tamam olmamış körpə nəyin qurbanı olub? - ÖZƏL

Hazırda oxunan: 1 yaşı tamam olmamış körpə nəyin qurbanı olub? - ÖZƏL

78139

Xaçmazın Susayqışlaq kəndində bədbəxt hadisə baş verib. Kənd sakini, 2021-ci il təvəllüdlü, təxminən 7 aylıq olan körpə çarpayıdan yıxılaraq ölüb.

Bizim.Media-nın Xaçmaz rayonunun Xudat sağlamlıq mərkəzindən əldə etdiyi məlumata görə, Məlik Aqşin oğlu Mehdiyev üçün təcili yardım çağırılıb, amma təcili yardım gələnədək körpə keçinib.

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.

Uşağın nənəsi həkimlərə Məlikin çarpayıdan yıxıldığını deyib.

Xaçmaz rayon prokurorluğu faktla bağlı araşdırmaya başlayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO