Dünyanın ən dadlı yeməyinə sahib ölkələrin atlası hazırlanıb - SİYAHI

Dünyanın ən dadlı yeməyinə sahib ölkələrin atlası hazırlanıb - SİYAHI

Hazırda oxunan: Dünyanın ən dadlı yeməyinə sahib ölkələrin atlası hazırlanıb - SİYAHI

78124

“Ənənəvi yeməklər, yerli inqrediyentlər və orijinal restoranlardan ibarət dünya atlası" kimi xarakterizə edilən “Tasteatlas” 2022-ci ilin iyun ayı üçün “ən dadlı yeməklərə sahib ölkələr”in reytinqini yayımlayıb.

Belə ki, 50 ölkənin yer aldığı siyahıda Azərbaycan 37-ci sırada qərarlaşıb. 

İtaliyanın başçılıq etdiyi siyahının ilk beşliyində müvafiq olaraq Yunanıstan, İspaniya, Rumıniya və Fransa yer alıb.

Dünyanın dörd bir yanında Azərbaycan yeməklərinin ləzzətindən danışılsa da, ölkəmizin siyahıda 37-ci yerdə qərarlaşması reytinqin obyektivliyini sual altında qoyub. 

Bundan başqa, siyahıda Ermənistanın heç adı da yoxdur. Amma ilk 50-liyə elə ölkələrin adı düşüb ki, tarixdə bu ölkələrin nə zamansa normal mətbəxi olduğu heç bilinmir.

Nəysə ki, ağız dadı və zövqlə mübahisə edilmir, ona görə də işin də babalını buraxırırq “Tasteatlas” yaradanların boynuna.

Qeyd edək ki, hər bir ölkənin reytinqi istifadəçilərin həmin ölkədəki 30 ən yaxşı yemək, içki və qida məhsulunun orta reytinqi ilə əldə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO