Qarabağa qayıtmaq istəməyənlər məcburi köçkün statusunu itirəcək- RƏSMİ

Qarabağa qayıtmaq istəməyənlər məcburi köçkün statusunu itirəcək- RƏSMİ

Hazırda oxunan: Qarabağa qayıtmaq istəməyənlər məcburi köçkün statusunu itirəcək- RƏSMİ

7810

“İşğaldan azad edilmiş torpaqlara getmək istəməyən məcburi köçkünlərin məcburi köçkün statusu itirilmiş hesab olunacaq. Bunun nəticəsi olaraq, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə şamil olunan imtiyazlar qüvvədən düşəcək”.

Bizim.Media xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə deyib.

F. Hüseynovun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş torpaqlarda ən yüksək səviyyədə şərait yaradılacaq:

“Bu, həm daimi məskunlaşma, həm məşğulluq, həm səhiyyə, həm təhsil, həm də digər sosial məsələlər baxımından olduqca aktualdır. Prezidentin çıxışına istinad edərək bildirmək istərdim ki, məcburi köçkünlərdən qayıtmaqla bağlı səmimi cavab verməsi xahiş olunur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO