Qayda pozan sürücünün narkotik qəbul etdiyi üzə çıxdı - FOTO

Qayda pozan sürücünün narkotik qəbul etdiyi üzə çıxdı - FOTO

Hazırda oxunan: Qayda pozan sürücünün narkotik qəbul etdiyi üzə çıxdı - FOTO

77984

Masallı rayonu ərazisində hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Masallı rayon sakini
X.Rəhmanlının narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən X.Rəhmanlının narkotik vasitədən istifadə etdiyi məlumolub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Elşən Feyzullayev, Bizim.Media - Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO