Azərbaycanın qadın sahibkarları Rumıniyada konfransa qatıldılar

Azərbaycanın qadın sahibkarları Rumıniyada konfransa qatıldılar

Hazırda oxunan: Azərbaycanın qadın sahibkarları Rumıniyada konfransa qatıldılar

77976

Bu günlərdə Rumıniyanın müxtəlif bölgələrindən yüzlərlə qadın sahibkarın qatıldığı konfrans təşkil olunub.  

Bizim.Media xəbər verir ki, Rumıniya  Qadın Sahibkarlar Assosiasiyasının təşkil etdiyi konfransda USAID Özəl Sektorun İnkişafı Layihəsinin maliyyə dəstəyi ilə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və Assosiasiyanın digər təmsilçiləri iştirak edib. 

Rumıniya və Avropa parlamenti deputatlarının qatıldığı toplantıda çıxış edən natiqlər biznesdə  qadınların rolunun daha da gücləndirilməsindən, təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs ediblər.

Konfransda Azərbaycan Qadın Sahibkarlar İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva da çıxış edib.

O, iki ölkənin xanım sahibkarları arasında münasibətlərin əhəmiyyətindən danışıb. AQSİA sədri rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açaraq qeyd edib ki, Azərbaycanda qadın sahibkarlığının inkişafı istiqamətində ciddi addımlar atılır.
Eyni zamanda Səkinə Babayeva USAID Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində qadın sahibkarlığın inkişafı üçün görülən əhəmiyyətli işlərdən bəhs edib. 

Avropa Parlamentinin deputatı, Rumıniya Qadın Sahibkarlar Assosiasiyasının prezidenti, Yüngül Sənayedə İşəgötürənlər Federasiyasının prezidenti, Milli İxracatçılar Şurasının üzvü Maria Qrapininin moderatorluğu ilə gerçəkləşən konfransda Rumıniya Nümayəndələr Palatasının üzvü, deputat, siyasətçi Elena Stoica, Beynəlxalq Şəxsi Müəssisə Mərkəzi Mütəxəssisi Camelia Bulat da çıxışlarında Azərbaycanla təmasların genişlənməsində maraqlı olduqlarını bildiriblər.  

Daha sonra konfrans iştirakçılarına rəsmi ziyafət verilib. 

Səfərin ikinci günü Rumıniya Qadın Sahibkarlar Assosiasiyası ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında  əməkdaşlığa dair memorandum imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO