Saparmurat Niyazova sui-qəsd edən məmur həbsxanada öldü

Saparmurat Niyazova sui-qəsd edən məmur həbsxanada öldü

Hazırda oxunan: Saparmurat Niyazova sui-qəsd edən məmur həbsxanada öldü

7789

28 dekabr 2020-ci ildə Türkmənistanın keçmiş yüksək rütbəli dövlət məmuru Yazgeldı Gündoğdıyev həbsxanada ölüb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Onları canlı göstər” kampaniyası yayıb.

Mənbə bildirir ki, Gündoğdıyev Türkmənistanın sabiq prezidenti Saparmurat Niyazovu devirməkdə günahlandırılan bir qrup siyasi xadimlərdən biridir.

Kampaniyanın saytında 4 yanvar tarixində yayımlanan mesaja görə, Gündoğdıyev qohumları, vəkilləri, həkimləri və beynəlxalq insan haqları təşkilatlarının nümayəndələri də daxil olmaqla xarici dünya ilə təmas olmadan 18 ildən çox həbsxanada yatdıqdan sonra bir koloniyada ölüb.

Türkmənistan hökuməti Gündoğdıyevin ölümü ilə bağlı rəsmi açıqlama verməyib. 64 yaşlı sabiq məmur prezident administrasiyasının beynəlxalq şöbəsinin sabiq müdiri və Daşoğuz vilayətinin keçmiş rəhbəri olub.

2003-cü ildə Yazgeldı Gündoğdıyev prezident Saparmurad Niyazova qarşı sui-qəsd cəhdində iştirak etməkdə günahlandırılıb.

O, standartlara cavab verməyən qapalı və siyasi motivli məhkəmədə mühakimə olunub və 21 yanvar 2003-cü ildə 25 il həbs cəzasına məhkum edilib. 

Onun "etirafının" videosu 18 dekabr 2002-ci ildə milli televiziyada yayımlanıb.

“Onları canlı göstər” kampaniyası hesab edir ki, Gündoğdıyevin, habelə keçmişdəki gizli həbsxanalarda zorla itkin düşən digər nüfuzlu məmurların ölümü amansız və qeyri-insani həbslərin nəticəsidir:

“Bu, Türkmənistan hakimiyyətinin keçmişdə əsas siyasi şəxsləri məhv etmək üçün ardıcıl atdığı addımlardandır”.

İnsan haqları müdafiəçiləri koalisiyası Türkmənistan həbsxanalarında 120-dən çox itkin düşmə hadisəsini sənədləşdirib. Bura həm siyasi səbəblərdən, həm də korrupsiya ittihamları ilə həbs olunan tanınmış müxalifət xadimləri və keçmiş yüksək rütbəli məmurlar daxildir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO