Yanğın təhlükəsizliyinə görə Bakıda gecə klubu bağlandı - FOTO 

Yanğın təhlükəsizliyinə görə Bakıda gecə klubu bağlandı - FOTO 

Hazırda oxunan: Yanğın təhlükəsizliyinə görə Bakıda gecə klubu bağlandı - FOTO 

77879

Bakıda yerləşən “ENJOY” gecə əyləncə klubunda yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki: 

- obyekt normaya uyğun ehtiyat çıxış yolu ilə təmin edilməyib; 

- obyektin əsas zalında döşəmə hissə divar boyunca 40sm hündürlüyündə taxta diktlərdən istifadə olunaraq üzəri xalça ilə üzlənib ki, bu da əlavə yanğın təhlükəsi yaradır; 

- obyektin qapılarının təxliyə məqsədilə çıxış istiqamətində açılması təmin edilməyib; 

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb; 

- obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb; 

- elektirik enerjisinin kəsilməsi halları nəzərə alınaraq, obyekt ehtiyat elektrik generatoru ilə təmin edilməyib; 

- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. 

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. 

Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 2222-ci məhəllə ünvanında yerləşən “ENJOY” gecə əyləncə klubunda işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub. 
Qeyd olunub ki, vətəndaşlar Dövlət Yanğın Nəzarəti Xidmətinin bu qərarından razı qalıb, minnətdarlıqlarını birdiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO