Goranboyda tanışını qətlə yetirməkdə təqsirləndirilən Coşqun Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Coşqun Əhmədov 17 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il noyabrın 13-ü Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla noyabrın 10-u Yevlax şəhər sakini 1977-ci il təvəllüdlü Coşqun Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı tanışı 1968-ci il təvəllüdlü Qədir Ələsgərovu avtomobillə Yevlax şəhərindən Goranboy rayonu Ballıqaya kəndi ərazisinə gətirərək orada sonuncunun baş nahiyyəsinə daşla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Coşqun Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:11 / 06.06.2022
Tanışını daşla öldürən şəxsə hökm oxundu
Hazırda oxunan: Tanışını daşla öldürən şəxsə hökm oxundu
Hazırda oxunan: Tanışını daşla öldürən şəxsə hökm oxundu
77868
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.