Gülaydan Elzanın ittihamlarına CAVAB:

Gülaydan Elzanın ittihamlarına CAVAB: "Mahnının ödənişini edəndə yaxşı idi..." - VİDEO

Hazırda oxunan: Gülaydan Elzanın ittihamlarına CAVAB: "Mahnının ödənişini edəndə yaxşı idi..." - VİDEO

77831

"Elza xanım gözəl sənətkardır, gözəl bəstələri var. Gözündə canlandırdığın elə sənətkarlar var ki, sənə qarşı edəcək xoş olmayan addımı ondan gözləmirsən. O addımı ki ondan görüb, deyirsən ki "Heyf, tamam başqa düşüncədə idim". 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı qonaq olduğu "Şourum" maqazin verilişində deyib.

Bir müddət əvvəl Əməkdar artist Elza Seyidcahanın verilişlərin birində ""Əl çəksin kədər” adlı bəstəmi Gülay Zeynallıya verdim, oxudu. Mahnını verməyimə peşman oldum. Mahnının bir yerində “Əl çəksin kədər” sözləri var, amma o, “Əl çəhsin kədər” oxuyub. Onun həmin ifasına qulaq asanda az qala beynimə qan sızır" deməsi qarşı tərəfi "cin atına mindirib".

Bundan sonra tərəflər arasında qalmaqal yaşanıb.

G.Zeynallı qarşı tərəfin səsləndirdiyi ittihamlara belə reaksiya verib.

"Elzadan bir mahnı götürdüm. İllər keçəndən sonra mənə verdiyi mahnı haqda efirlərdə danışdı. Söylədi ki, "Gülayın ifası ürəyimcə deyil". Sənətkar çağırmalıdır ifaçını yanına, deməlidir ki, "Bu mahnını gəl yenidən yazdıraq". Amma çıxıb efirlərdə bu haqda qabarıq formada danışmaq yaxşı hal deyil. Nə oldu, zamanında oxuyanda yaxşı idi, illər keçdi üstündən, indi pis oldu?! Mahnının ödənişini edəndə yaxşı idi... Bu söhbətləri Elzadan gözləmirdim. Ona cavab vermədim, heç bir söz də demədim. Çünki mən belə tərbiyə görmüşəm. Böyüyə hörmət etmək lazımdır. Artıq heç də demək və özümü yormaq istəmirəm".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO