Borrell Rusiyanı buğda qıtlığı yaratmaqda ittiham etdi – ZAXAROVANIN CAVABI

Borrell Rusiyanı buğda qıtlığı yaratmaqda ittiham etdi – ZAXAROVANIN CAVABI

Hazırda oxunan: Borrell Rusiyanı buğda qıtlığı yaratmaqda ittiham etdi – ZAXAROVANIN CAVABI

77805

Qlobal taxıl qıtlığının əsas səbəbi Rusiyanın Ukraynaya müdaxiləsidir. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Twitter hesabında yazıb.

Onun sözlərinə görə, Qərbin sanksiyalarının qarşıdan gələn kütləvi qıtlıqla heç bir əlaqəsi yoxdur.

“Beynəlxalq ticarətdə taxıl qıtlığına görə birbaşa Rusiya məsuliyyət daşıyır. O, təcavüzünə son qoymaq əvəzinə, fəal şəkildə məsuliyyəti beynəlxalq sanksiyaların üzərinə atmağa çalışır”, - Borrell qeyd edib.

O, hesab edir ki, Aİ ölkələrinin tətbiq etdiyi məhdudiyyətlər Rusiyanın kənd təsərrüfatı məhsullarına və onların daşınmasına təsir göstərmir.

"Aİ-nin sanksiyaları Rusiyanın müharibəni davam etdirməməsinə qarşı yönəlib, buğdaya yönəlməyib", - Aİ diplomatiyasının rəhbəri vurğulayıb.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Borrelin açıqlamasına münasibət bildirib. Bu barədə o, Telegram kanalında yazıb.

“Müsyö Borrell, sizə taxıl lazımdır? Gəlin, pul verin və götürün. Sizə nə mane olur? Bunu etməyə mane olan yeganə şey vicdanınızın olmamasıdır”, deyə Zaxarova yekunlaşdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO