Şakira rəsmən elan etdi: \

Şakira rəsmən elan etdi: \"Onunla yollarımızı ayırdıq\"

Hazırda oxunan: Şakira rəsmən elan etdi: \"Onunla yollarımızı ayırdıq\"

77737

“Barselona”nın ulduzu Jerar Pikenin dünya pop səhnəsinin ulduzu Şakiranı aldatması xəbəri rəsmi olaraq öz təsdiqini tapıb.

Bizim.Media xəbər verir ki, 10 ildən artıqdır evli olan, təsirli sevgi hekayəsi olan cütlük rəsmən ayrılıb.

Şakira sosial şəbəkə hesabında Pike ilə ayrılmasına aydınlıq gətirib:

“Yollarımızı ayırdığımızı təsdiqləməkdən təəssüflənirik. Bizim əsas prioritetimiz olan uşaqlarımızın rifahı naminə şəxsi həyatımıza hörmət edilməsini xahiş edirik. Anlayışınız üçün təşəkkür!".

Xatırladaq ki, İspaniya mətbuatı peşəkar futbolçunun komanda yoldaşı Gavinin anası ilə eşq yaşadığını iddia edib. Yayılan xəbərdə Pikenin 17 yaşlı yarımmüdafiəçinin anası ilə uzun müddətdir sevgili olduğu bildirilib. Bunu öyrənən Şakira, Jerarla münasibətlərinə son qoyub.

Şakira və Pikenin iki oğulu olsa da, onlar rəəmi nikaha daxil olmayıblar. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO