Haluk Bayraktar Azərbaycanda kimi axtarırdı? - “GDH Digital”dan maraqlı VİDEOREPORTAJ

Haluk Bayraktar Azərbaycanda kimi axtarırdı? - “GDH Digital”dan maraqlı VİDEOREPORTAJ

Hazırda oxunan: Haluk Bayraktar Azərbaycanda kimi axtarırdı? - “GDH Digital”dan maraqlı VİDEOREPORTAJ

77683

“Qarabağ zəfərindən sonra ikinci böyük uğurumuz olan “Teknofest”in təşkil edilməsinin xüsusi anlamı var”.

Bizim.Media xəbər verir ki, bu fikirlərlə “GDH Digital” Xəbər Agentliyinə “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında iştirak edən “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar çıxış edib. Onun sözlərinə görə "Teknofest" hər iki ölkədə texnologiyanın inkişafı, bu sahədə gələcək kadrların yetişməsi üçün mühüm rol oynayır:

“Möhtəşəm festival keçdi. Türkiyədə təşkil olunan festivallardakı həyəcandan daha artığını yaşadıq. Azərbaycanlı gənclərin festivala inanılmaz marağının şahidi olduq. 10 il sonra Azərbaycandan bir gənc çıxacaq və böyük işlərlə həm Türkiyəni, həm də Azərbaycanı irəli aparacaq. Məqsədimiz o gənci tapmaqdır.
Festivalda təqdim olunanlar 20 il öncə pul verib ala bilmədiyimiz texnalogiyalardır. Nə yaxşı ki, bu işdə payımız var və buna əmək sərf etdik. Amma nə qədər etsək, yenə azdır”.

Xatırladaq ki, Bizim.Media xəbər portalı bu günlərdə Türkiyənin “GDH Digital” Xəbər Agentliyi ilə Əməkdaşlıq Memorandumu imzalayıb.

Məqsəd əməkdaşlığın müntəzəm informasiya mübadiləsi üzərində qurulması,  gələcəkdə birgə media körpüsü yaradılması, eləcə də Azərbaycan və Türkiyə xalqlarının tarixi, mədəniyyəti haqqında birgə filmlər istehsal etməkdir.

Ətraflı təqdim edəcəyimiz videoda:
 


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO