500 qram gilas rekord qiymətə satıldı

500 qram gilas rekord qiymətə satıldı

Hazırda oxunan: 500 qram gilas rekord qiymətə satıldı

7763

2021-ci ilin ilk günlərində bazara satışıa çıxarılan yeni 500 qramlıq gilas qutusu 9,8 min dollara satılıb.

Bizim.Media Yapon mediasına istinadən məlumat verir ki, ölkənin Yamaqata əyalətində  bu  il 500 qramlıq gilas qutusu  1 milyon ienə (9,8 min dollara) satılıb.

Satışda ən bahalı gilaslar tez yetişən Satonisiki çeşidindən seçilərək yığılan qutulardan ibarət olub.

Gilasın baha qiymətə satılması onun yetişdirılmə texonologiyası ilə izah olunur. Bu növ gilas ağacları xüsusi qablarda böyüyür. Xüsusi qablara əkilən gilas ağacları iyun ayından oktyabrın əvvəlinədək  soyuducuya, daha sonra  istixanalara yerləşdirilir.

İstixanlarda isə həmin ağaclar  gündüz 25  dərəcə, gecələr isə 13 dərəcəyə yaxın istilikdə xüsusi saxlanılır.

Qeyd edək ki, Yaponiyanın  Yamaqata əyaləti ən dadlı gilas  istehsalçısı hesab olunur və ölkənin 75 faiz meyvə istehsalı bu əyalətin payına düşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO