Bu gün Heydər Əliyev Mərkəzində dünyaca məşhur dizayner və "Afffair" markasının təsisçisi Rüfət İsmayılın Azərbaycan xalçaçılıq sənətinin bənzərsiz çalarlarını özündə əks etdirən “Haute Couture Sumakh” kolleksiyasının təqdimatı keçirilib.
Bizim.Media xəbər verir ki, Xalça Muzeyində qorunan tarixi xalçalardan ilham alan Rüfətin yaratdığı “Sumax” kolleksiyasının nümayişində məşhur model Günay Musayeva iştirak edib.
Biri-birindən əsrarəngiz və təkrarolunmaz kolleksiya gecəyə gələnlər tərəfindən rəğbət və heyranlıqla qarşılanıb.
Qeyd edək ki, “Haute Couture Sumakh” kolleksiyasının Nyu-Yorkda, Parisdə və Moskvada nümayiş olunub.
Rəşad Əliyev, Bizim.Media