Təhsil nazirindən yeni sədr təyinatı 

Təhsil nazirindən yeni sədr təyinatı 

Hazırda oxunan: Təhsil nazirindən yeni sədr təyinatı 

7752

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni sədr təyin edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Eldar Orucov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.

O, bu təyinata qədər Agentliyin İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.

Qeyd edək ki, E.Orucov 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası bitirib.

2009-2016-cı illərdə ölkənin aparıcı banklarında rəhbər vəzifələrdə çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO