"Azərbaycanlı və erməni gənclər Fransada görüşəcək" - Səfir

Hazırda oxunan: "Azərbaycanlı və erməni gənclər Fransada görüşəcək" - Səfir

77505

“Fransa-Almaniya Gənclər Ofisinin (OFAJ) proqramı çərçivəsində iyunun 6-dan 10-dək Azərbaycandan olan 10 gənc Strasburqa səfər edəcək”.  

Bizim.Media xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross bu gün gənclərlə görüşündə deyib. 

Səfir bildirib ki, səfər çərçivəsində Almaniya, Fransa və Ermənistan gəncləri ilə görüşəcək və əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər: 

“Bu, bizim Almaniya səfirliyi ilə “Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində yeni əməkdaşlıq istiqamətləri” adlı proqramı üzrə birgə təşəbbüsümüzdür. Əlbəttə ki, biz Azərbaycan və Ermənistan arasında münasibətlərin bərpası prosesini dəstəkləyirik. Biz azərbaycanlı gənclərin sülh naminə səylərini görməyə şadıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO