Paşinyan Rəisiyə İlham Əliyevlə Brüsseldəki görüşündən danışdı

Paşinyan Rəisiyə İlham Əliyevlə Brüsseldəki görüşündən danışdı

Hazırda oxunan: Paşinyan Rəisiyə İlham Əliyevlə Brüsseldəki görüşündən danışdı

77339

Ermənistanın baş naziri Nikol Paşinyanla İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması perspektivləri müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Mənbə yazır ki, Paşinyan Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişellə görüşündən aldığı təəssüratlardan danışıb.

“Paşinyan və Rəisi regional kommunikasiyaların blokadadan çıxarılması, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin başlanması, hər iki ölkə arasında münasibətlərin nizamlanması perspektivləri və Qarabağ məsələsinin həlli prosesi ilə bağlı fikir mübadiləsi aparıblar”, - Ermənistan hökumətinin bəyanatında deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO