Brilliant konserti üçün avtomobilini satdı...”Çox üzüldüm” 

Brilliant konserti üçün avtomobilini satdı...”Çox üzüldüm” 

Hazırda oxunan: Brilliant konserti üçün avtomobilini satdı...”Çox üzüldüm” 

77300

Xəbər verdiyimiz kimi, ötən axşam Xalq artisti Brilliant Dadaşovanın konserti baş tutub.

Bizim.Media xəbər verir ki, sənətçi səhnəyə çıxmazdan əvvəl media əhli ilə görüşərək, sualları cavablandırıb.

B.Dadaşova konserti üçün avtomobilini satdığını etiraf edib:

“Təşkilatçı söylədi ki, mən yalnız sizin konsertinizi təşkil edirəm: bir mikrofon və iki bek vokal mikrofonu. 5-10 nəfərlik ansamblım olacaqdı. Özüm isə daha böyük heyətlə çıxıram. Səs texnikadır, mikrofonlar lazımdır.
Təbii ki, bunlar da xərcdir. Düzdür, biletlər satılıb, salon dolub. Amma bunun bizim “Səs Azərbaycan”la bir yerdə çıxmağımıza aidiyyəti yoxdur. Bunlar hamısı boynumdadır və üzərimə götürmüşəm. Təşkilatçı bu işlərə qatılmayıb. Buna görə də avtomobilimi satdım. Əlbəttə ki, çox üzüldüm”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO