Pullu yolun istifadəyə verilməsi 2023-cü ilə qaldı – Gecikmənin səbəbi MƏLUM OLDU

Pullu yolun istifadəyə verilməsi 2023-cü ilə qaldı – Gecikmənin səbəbi MƏLUM OLDU

Hazırda oxunan: Pullu yolun istifadəyə verilməsi 2023-cü ilə qaldı – Gecikmənin səbəbi MƏLUM OLDU

77200

Son vaxtlar sosail şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də ölkəmizdə ilk pullu yolun istifadəyə veriləcəyi tarixidir. Məlum olduğu kimi, bu layihənin icrası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya Federasiyası ilə olan dövlət sərhədinə qədər yeni avtomobil yolunun tikintisini aparır. 4 ilə yaxın tikintisi davam edən yeni yolda artıq işlər yekunlaşmaq üzrədir.

AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında bildirib ki, “Yeni tikilən birinci dərəcəli avtomobil yolunda artıq son tamamlanma işləri aparılır.

Mövcud qrafikə uyğun aparılan tikinti işləri bu ilin sonunadək yekunlaşacaq. Və yeni yol 2023-cü ilin əvvəlindən əhalinin istifadəsinə veriləcək”. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda bu marşrut üzrə gediş haqqı azaldıldı


Yeni yolda qiymətlərin necə tənzimlənəcəyinə də toxunan Anar Nəcəfli bildirdi ki, “bu məsələ artıq hökümətin verəcəyi qərardan asılıdır. Yoldan istifadəyə görə ödənişin miqdarını AAYDA müəyyən etməyəcək, hökümət qərar verəcək”.

Mətbuat katibi sonda onu da bildirdi ki, hazırda mövcud Bakı-Quba yolunda da əsaslı təmir işləri aparılır.

Bu yolun təmiri ilə yeni yolun tikintisi eyni vaxtda başa çatdırılacaq. Bu isə yol istifadəçilərinə seçim imkanı verəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO