Finlandiyalı azərkeş rusları təhqir etdi – VİDEO

Finlandiyalı azərkeş rusları təhqir etdi – VİDEO

Hazırda oxunan: Finlandiyalı azərkeş rusları təhqir etdi – VİDEO

7719

Xokkey oyunun canlı yayımında finlandiyalı fanat rusları təhqir edib. Rusiya Dövlət Duması olaya münasibət bildirib.

Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, Xokkey üzrə Gənclər arasında Dünya Çempionatının  bürünc medal uğrunda Rusiya-Finlandiya oyunun canlı yayımında fin azərkeşlərdən biri əlindəki plakatda rusların təhqir hesab etdiyi yazı sərgiləyib.

Rusiya parlamentinin mədəniyyət və idman komitəsinin üzvü Dmitri Svişev fin azərkeşinin “ryussya” ifadəsini şərh edərkən vurğulayıb ki, Finlandiya sakinləri ruslara qarşı bu sözdən tez-tez istifadə edir.

“Bu davranış onun daxili mədəniyyəti ilə bağlıdır. Axmaqlar hər yanda var deyə belə şeylərə çox fikir vermək lazım deyil.”

Həmin finladiyalı fanat barədə cəza tədbirləri kimi onun xokkey matçlarına buraxılmaması müzakirə olunur. Qeyd edək ki, qalmaqal yaşanan bu oyunda ruslar Finlandiyaya 1:4 hesabı ilə uduzub.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO