Azərbaycanda GÜBRƏ QITLIĞI - “Rusiyadan asılı olmaq, minalı sahədə gəzmək qədər təhlükəlidir” - EKSPERT 

Azərbaycanda GÜBRƏ QITLIĞI - “Rusiyadan asılı olmaq, minalı sahədə gəzmək qədər təhlükəlidir” - EKSPERT 

Hazırda oxunan: Azərbaycanda GÜBRƏ QITLIĞI - “Rusiyadan asılı olmaq, minalı sahədə gəzmək qədər təhlükəlidir” - EKSPERT 

77136

Rusiyanın ixrac etdiyi gübrələrə kvota tətbiq etməsi səbəbindən Azərbaycanda gübrələrin qiymətində artım baş verib. 

Bizim.Media xəbər verir ki, artıq bəzi fermer təsərrüfatlarında mineralların qıtlığı ilə bağlı məhsuldarlığın aşağı düşmək ehtimalı var.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda xüsusi təhlükəli gübrələr aşkarlandı


Məsələ ilə bağlı münasibət bildirən iqtisadçı-ekspert Akif Nəsirli deyir ki, “bu faktoru nəzərə alaraq gübrə idxalını şaxələndirmək lazımdır. İndi Rusiyadan asılı olmaq minalı sahədə gəzmək qədər təhlükəlidir”.

Fermerlərə subsidiyaların verilməsi qaydalarının da dəyişdirilməli olduğunu söyləyən ekspert, bu sahədə olan əsas problem kimi  fermerlərə verilən  subsidiyaların 75 faizinin nağdlaşdırıla bilməməsini qeyd edib:

“Bu kimi problemləri aradan qaldıraraq ölkə daxilində daha dayanıqlı vahid gübrə bazarı yarada bilərik”.

Akif Nəsirli mövcud durumdan digər çıxış yolu kimi isə gübrə idxalında Rusiyanı məhsul bazarına və iqtisadi böhrana daha dayanıqlı bir ölkə ilə əvəzləməyin mövcud vəziyyətdən ən asan çıxış yolu olduğunu bildirib:

“Gübrə bazarında Rusiyadan olan asılılığımızı minuma endirmək üçün Türkiyə və İsrail kimi bu sahədə ixtisaslaşmış ölkələrlə yeni müqavilələr imzalaya bilərik ki, burada qazanan həm kənd təssərrüfatımız, həm də fermerlərimiz olacaq. Çünki adını çəkdiyim ölkələr bizə Rusiyadan daha keyfiyyətli məhsul idxal etmək imkanına malikdirlər”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO