Müdafiə Nazirliyi azad edilmiş ərazilərdə aşkar edilən minaların sayını açıqladı - FOTO

Müdafiə Nazirliyi azad edilmiş ərazilərdə aşkar edilən minaların sayını açıqladı - FOTO

Hazırda oxunan: Müdafiə Nazirliyi azad edilmiş ərazilərdə aşkar edilən minaların sayını açıqladı - FOTO

77128

Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində may ayı ərzində 2 300 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 18 600 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Ümumilikdə 6 000 ədəddən artıq piyada əleyhinə, 2 100 ədəddən artıq tank əleyhinə və 9 400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Azad edilən ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO