"ABŞ Vaşinqton tərəfindən qızışdırılan, Rusiya və Ukrayna arasında baş verən münaqişədən öz siyasi və iqtisadi problemlərini həll etmək üçün istifadə edir".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu sensasion bəyanatla Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxış edib.
"ABŞ və müttəfiqləri təhlükəsizlik sahəsində konstruktiv dialoqdan qəti şəkildə imtina etməklə, Ukraynada hərbi gərginliyin artmasına, Donbasda münaqişənin qızışdırılmasına və Rusiyanı bu münaqişəyə cəlb etməyə hər cür töhfə verdilər".
Patruşev Kazanda keçirilən Volqaboyu bölgənin milli təhlükəsizliyi üzrə konfransda belə deyib.
Patruşevin fikrincə, dünyada başlanan qlobal anti-Rusiya kampaniyası sübut edir ki, Ukrayna Qərb üçün Rusiyanı zəiflətmək və təcrid etmək məqsədini daşıyan hibrid müharibəni başlamaq üçün sadəcə bir bəhanə olub.
"Bu niyyətlər 2022-ci ilin fevralından çox əvvəl yaranıb”, - deyə Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:28 / 31.05.2022
Patruşevin sensasion bəyanatı: ABŞ Rusiyanı Ukrayna ilə müharibəyə cəlb etdi
Hazırda oxunan: Patruşevin sensasion bəyanatı: ABŞ Rusiyanı Ukrayna ilə müharibəyə cəlb etdi
Hazırda oxunan: Patruşevin sensasion bəyanatı: ABŞ Rusiyanı Ukrayna ilə müharibəyə cəlb etdi
77032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.