Serj Sarkisyanın qardaşı oğlu İrəvanda saxlanıldı

Serj Sarkisyanın qardaşı oğlu İrəvanda saxlanıldı

Hazırda oxunan: Serj Sarkisyanın qardaşı oğlu İrəvanda saxlanıldı

76963

Ermənistanın hüquq-mühafizə orqanları ölkənin eks-prezidenti Serj Sarkisyanın qardaşı oğlunu və Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru Suren Xaçatryanın oğlunu saxlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, İstintaq Komitəsinin qərarı ilə keçmiş prezidentin qardaşı oğlu Ayk Sarkisyan və eks-qubernatorun oğlu Tiqran Xaçatryan tutulub.

Mənbə onların hansı əsasla saxlandığını öyrənə bilməyib, lakin məlumdur ki, hər iki məhbus bu günlərdə müxalifətin təşkil etdiyi etiraz və mitinqlərdə fəal iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO