Atasını qətlə yetirən Bərdə sakini YAXALANDI  

Atasını qətlə yetirən Bərdə sakini YAXALANDI  

Hazırda oxunan: Atasını qətlə yetirən Bərdə sakini YAXALANDI  

76921

Bərdə rayonu, Mirzəcəfərli kəndində yerli sakin - 1970-ci il təvəllüdlü Bulud Fərzəliyev öldürülüb.  

Bu barədə Bizim.Media-ya Bərdə rayon prokurorluğundan məlumat verilib. 

Məlumatda bildirilir ki, aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 2000-ci il təvəllüdlü Kənan Fərzəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Bulud Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

K.Fərzəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO