Hindistanda qəribə hadisə baş verib. Beləki, sakinlərdən biri sevdiyi qızla gizli görüşmək üçün mütəmadi olaraq kəndi işıqsız qoyurmuş.
Bizim.Media xəbər verir ki, bu barədə yerli “Oddity Central” məlumat yayıb.
Məlumatda deyilir ki, bir neçə həftə ərzində hər axşam kənddə elektrik enerjisi kəsilirmiş.
Lakin, əraziyə xidmət göstərən enerji şirkəti texniki nasazlıq və ya hər hansı fasilə ilə bağlı heç bir məlumat yaymayıb. Ona görə də sakinlər kiminsə qəsdən təxribat törətdiyindən şübhələnməyə başlayıblar. Bundan sonra yerli sakinlər küçələrdə patrul xidməti təşkil ediblər.
Və onlar şübhəliləri tapıblar. Məlum olub ki, kənddə mantyor işləyən şəxs sevdiyi qızla rahat görüşmək üçün hər gün işdən sonra işığı söndürürmüş.
Qəzəblənən sakinlər elektrik ustasını döyüblər. Lakin sonradan ağsaqqallar onun qızla evlənməsinə icazə veriblər.
Beləliklə, gənc elektrik həm sevdiyinə qovuşub, həm də şikayətçi olmadığı üçün məsuliyyətdən canını qurtarıb.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:41 / 30.05.2022
Sevdiyi qızla rahat görüşmək üçün kəndi işıqsız qoydu
Hazırda oxunan: Sevdiyi qızla rahat görüşmək üçün kəndi işıqsız qoydu
Hazırda oxunan: Sevdiyi qızla rahat görüşmək üçün kəndi işıqsız qoydu
76849
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.