Dünya çempionu Rəsul Cunayev Azərbaycanı tərk edib? - VİDEO

Dünya çempionu Rəsul Cunayev Azərbaycanı tərk edib? - VİDEO

Hazırda oxunan: Dünya çempionu Rəsul Cunayev Azərbaycanı tərk edib? - VİDEO

76673

"Son günlər haqqımda sosial şəbəkələrdə Azərbaycanı tərk etməyimlə bağlı məlumatlar yayılıb. Xəbərin altında isə qeyd edilib ki, rəsmi məlumat deyil".

Bizim.Media xəbər verir ki, bu sözləri Yunan-roma güləşi üzrə Rio olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayev sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib. 

O, sosial şəbəkədə haqqında yayılan, "Rəsul Çunayev Azərbaycanı tərk edir" xəbərlərinə aydınlıq gətirib. R.Çunayev bu məlumatın dezinformasiya olduğunu açıqlayıb: 

"Mən heç yerə getməmişəm və getmək fikrim də yoxdur. Harasa yalnız Azərbaycanı təmsil etmək üçün gedə bilərəm. Rəsul Çunayevin ürəyi Azərbaycanla döyünür. Bunu hər zaman yadda saxlayın".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO