Ceyhun Bayramov media forumunun iştirakçıları ilə görüşdü - FOTO

Ceyhun Bayramov media forumunun iştirakçıları ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov media forumunun iştirakçıları ilə görüşdü - FOTO

76513

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Avropa Media Forumunun iştirakçıları ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Media Forumunda 9 ölkədən, o cümlədən Türkiyə, Böyük Britaniya, Macarıstan, Yunanıstan, Almaniya, Fransa, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan media agentliklərini təmsil edən 22 nümayəndə iştirak edib.

Nazir Ceyhun Bayramov media nümayəndələrinə Azərbaycanın xarici siyasət prioritetləri və bölgədəki rolu, o cümlədən müstəqilliyini bərpa etdiyi ilk gündən üzləşdiyi təcavüz siyasəti və nəticələri, 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnən 44 günlük müharibə, postmünaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, Brüsseldə liderlərin görüşləri nəticəsində əldə edilən razılaşmaların icrası, o cümlədən sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası, kommunikasiyaların açılışı ilə bağlı məsələlərə dair məlumat verib.

Nazir iştirakçılarla bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışlarını bölüşüb.

Daha sonra XİN rəhbəri media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO