28 May – Müstəqillik Günü Londonda qeyd edildi - FOTO

28 May – Müstəqillik Günü Londonda qeyd edildi - FOTO

Hazırda oxunan: 28 May – Müstəqillik Günü Londonda qeyd edildi - FOTO

76324

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda 28 May – Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil edib.

Bu barədə Bizim.Media-ya səfirlikdən verilən məlumatda bildirilir. 

Məlumatda qeyd olunur ki, “Lancaster House”da keçirilən tədbirdə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniya Lordlar Palatasının üzvü Lord David Evans, Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində milli musiqilər səsləndirilib, milli mətbəxdən təamlar təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO