Bakıda

Bakıda "Texnofest-Azərbaycan" festivalı başladı

Hazırda oxunan: Bakıda "Texnofest-Azərbaycan" festivalı başladı

76245

Bakıda "Texnofest-Azərbaycan" festivalı keçirilir.

Bizim.Media xəbər verir ki, açılış mərasimi "Natiq" Ritm Qrupunun kompozisiyası ilə başlayıb.

Mərasimdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar və Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış edəcək.

Gün ərzində Azərbaycan və türk pilotlarının iştirakı ilə aviaşoular nümayiş olunacaq. Saat 18-dən 20:00-dək estrada konserti baş tutacaq. 21:00-da isə lazer şou başlayacaq.

Qeyd edək ki, festival 26-29 may tarixlərində keçiriləcək. Festival çərçivəsində müxtəlif müsabiqələrin təşkili nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO