Xəzər Universitetinin yeməkxana müdiri ciddi cəzalandırılacaq – Biabırçı ELANA GÖRƏ 

Xəzər Universitetinin yeməkxana müdiri ciddi cəzalandırılacaq – Biabırçı ELANA GÖRƏ 

Hazırda oxunan: Xəzər Universitetinin yeməkxana müdiri ciddi cəzalandırılacaq – Biabırçı ELANA GÖRƏ 

76235

Xəzər Universitetinin bufetində biabırçı elan asılması ilə bağlı məsələ aktuallaşıb. Bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov ictimailəşdirib. Belə ki, universitetin bufetində tələbələrə kənardan yemək gətirilməsi qadağası ilə bağlı absurd elan asılıb. Elanda həmçinin qeyd olunub ki, bufetə kənardan yemək gətirən şəxslər töhmət alacaq. 

Məsələ ilə bağlı Xəzər Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Əlövsət Əmirbəyli Bizim.Media-ya açıqlamasında yeməkxana müdirinin qanunsuz hərəkətini təsdiqləyərək, rəhbərlik səviyyəsində ciddi cəzalandırılacağını bildirib:

“Şəxsən iştirakımla bu gün səhər 7:30-da həmin elanı yıtrıb atmışıq. O bizim yeməkxana müdirinin səlahiyyətlərini aşma həddidir. Onu da bu gün rektorluğa dəvət etmişik və ciddi cəzalandırılacaq. Həmçinin təkrar ciddi xəbərdarlıq ediləcək. Yeməkxana müdirinin bu tip elan asma haqqı yoxdur. Assa belə, töhmət verə bilməz. Çünki bu, onun səlahiyyət həddində deyil”.

Əlövsət Əmirbəylinin sözlərinə görə ümumiyyətlə elə bir elanın asılması absurd və çox biarbırçı bir məsələdir:

“Çox ayıb bir şeydir. Mən onu anlayıram və sizə də haqq verirəm. Universutetin nizamnamə və əsasnaməsi var. Orada töhmət vermək və ya xəbərdarlıq etmək bilavasitə universitet rəhbərinə məxsusdur. Bu gün artıq yeməkxana müdiri barəsində tədbir görüləcək və ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, ali təhsil ocağının rektoru İradə Xəlilovadır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO