"Çelsi"nin satışı təsdiqləndi

Hazırda oxunan: "Çelsi"nin satışı təsdiqləndi

76133

Böyük Britaniya hökuməti “Çelsi” futbol klubunun satışını təsdiqləyib. 

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın mədəniyyət, media və idman naziri Nadine Dorries “Twitter“ hesabında paylaşım edib.

“5 milyard dollar dəyərindəki satış razılaşmasından klubun rusiyalı sahibi Roman Abramoviç mənfəət əldə edə bilməyəcək.

Ötən gecə hökumət “Çelsi” futbol klubunun satışına imkan verən lisenziyanı verib. Putinlə və Ukraynanın qanlı işğal ilə əlaqəli olan şəxslərə tətbiq etdiyimiz sanksiyaları nəzərə alsaq, klubun uzunmüddətli gələcəyini yalnız yeni sahibinin rəhbərliyi altında təmin etmək olar. Klubun satışdan əldə olunan gəlir Roman Abramoviçə və ya sanksiyaya məruz qalan digər şəxslərə fayda verməyəcək”, - deyə nazir paylaşımında qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO