Fransa Xarici İşlər Nazirliyinin günlük açıqlamasında Avropa Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 22-də Brüsseldə təşkil olunmuş görüşün nəticələri barədə danışılıb.
Bizim.Media xəbər verir ki, Fransa hökumətinin görüşün nəticələrindən məmnun qaldığı bildirilib.
"Bu görüş iki tərəfə sərhəd məsələləri üzrə ikitərəfli komissiyanın sürətli iclası barədə razılığa gəlməyə imkan verdi", - deyə vurğulanıb.
Həmçinin, Fransanın Avropa İttifaqının himayəsi altında Ermənistan və Azərbaycan arasında başlanmış dialoqu dəstəklədiyi, və bu dialoqa öz milli imkanları daxilində, Avropa İttifaqı Şurasının Prezidenti və ATƏT-in Minsk qrupunun həmsədri kimi töhfə verməkdə davam edəcəyi qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:40 / 24.05.2022
Fransadan Brüssel görüşü barədə AÇIQLAMA: "Sürətli razılığa gəlməyə imkan verdi"
Hazırda oxunan: Fransadan Brüssel görüşü barədə AÇIQLAMA: "Sürətli razılığa gəlməyə imkan verdi"
Hazırda oxunan: Fransadan Brüssel görüşü barədə AÇIQLAMA: "Sürətli razılığa gəlməyə imkan verdi"
76014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.