Hamilə Adriana Lima məşhur nəşrin ÜZ QABIĞINDA - FOTO

Hamilə Adriana Lima məşhur nəşrin ÜZ QABIĞINDA - FOTO

Hazırda oxunan: Hamilə Adriana Lima məşhur nəşrin ÜZ QABIĞINDA - FOTO

75952

"Victoria's Secret” keçmiş mələklərindən biri, eləcə də kosmetika şirkəti “Maybelline”nin siması kimi tanınan 40 yaşlı braziliyalı supermodel Adriana Lima sosial şəbəkə hesabında Braziliyanın “Elle” dərgisinin üz qabığının ağ-qara şəklini paylaşıb.  

Bizim.Media xəbər verir ki, şəkildə Adriana özünü göstərir. O, tamamilə çılpaqdır və onun qarın hissəsində bir neçə böyük aksesuar zəncirləri var.

Onun saçları bütün üzünü örtüb. Model bir əli ombasında dayanaraq, peşəkar fotoqraf Xose Finabietti üçün poz verib.  

“İlk örtüyü körpəmlə paylaşıram!” deyən model oğlan gözlədiyini bildirib. Uşağın atası Limanın 40 yaşlı sevgilisi, kinoprodüser Andre Lemmersdir. Bu, Adriananın üçüncü övladı olacaq, çünki onun artıq Valentina (12 yaş) və Sienna (9 yaş) adlı iki qızı var.  
Model bu yaxınlarda Alexander Wanqın yeni “Fortune City” kolleksiyası üçün podiuma çıxıb. Lima podiumda qarnını nümayiş etdirən libasla gəzib. Adriana hamilə olduğunu bu ilin fevralında açıqlayıb.  

Rəşad Əliyev, Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO