Bərdədə ev əşyalarıyla birgə yanıb külə döndü - VİDEO

Bərdədə ev əşyalarıyla birgə yanıb külə döndü - VİDEO

Hazırda oxunan: Bərdədə ev əşyalarıyla birgə yanıb külə döndü - VİDEO

75939

Bərdədə ev və ona bitişik heyvan tövləsində güclü yanğın baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun Şorəlli kəndində qeydə alınıb. 

Bir dam altında tikilən, ümumi sahəsi 42 kvadrat olan birmərtəbəli evdə və ümumi sahəsi 138 kvadrat olan tövlədə baş verən yanğın qısa zamanda ətrafı bürüyüb. 

Əraziyə dərhal FHN-in Bərdə rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülsə də, ev içindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb. 

Tövlədə baş verən yanğın zamanı isə xeyli sayda cücə tələf olub. Hadisə nəticəsində ailəyə külli miqdarda ziyan dəyib. 

Qeyd edək ki, evin və tövlənin hansı səbəbdən yandığı hələ ki məlum deyil. Ancaq ailənin sözlərinə görə, onların evi naməlum şəxs və ya şəxslər tərəfindən yandırlıb. Bir müddət öncə isə zərərçəkən ailənin həyətində xeyli sayda ot bağlaması yandırılıb.

Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. 

Zərərçəkən Mənsurə Əhmədova Bizim.Media-ya hadisə ilə bağlı bunları deyib:

“Bir də gördüm ki, gəlinim çağırır ki, ay xala, pəyə yanır. Tez durub çölə qaçdım. Gördüm pəyənin girəcəyindən qara böyük tüstü çıxır. O vaxt ayıldım ki, alov gəlib bura çıxıb. Qaldığımız yerin uzunluğu 32 metrdir. Həm pəyədir, həm yaşayış yerimizdir. Cəmi 3 otaqdır. Özümüz də Ağdam qaçqınıyıq. Buranı əlimin qabarı ilə tikdirmişəm. 7 nəfər birgə yaşayırıq. Amma evi qəsdən yandırdılar. Otu yandıran kimdirsə, evi də o yandırıb”.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO