Qəşəm Nəcəfzadənin dərslik məsələsi GÜNDƏM OLDU – “Rafiq İsmayılov şerlərimi kitablara salmağa qoymur” 

Qəşəm Nəcəfzadənin dərslik məsələsi GÜNDƏM OLDU – “Rafiq İsmayılov şerlərimi kitablara salmağa qoymur” 

Hazırda oxunan: Qəşəm Nəcəfzadənin dərslik məsələsi GÜNDƏM OLDU – “Rafiq İsmayılov şerlərimi kitablara salmağa qoymur” 

75937

Orta məktəb dərsliklərində problemlər səngimir. Dərsliklərin asan dildə yazılmaması, sadə və anlaşıqlı cümlələrdən istifadə olunmaması, dil qaydalarının pozulması kimi məsələlər zaman-zaman müzakirə obyekti olub. Bu dəfə isə dərsliklərdə saxta müəlliflərin dili ilə məzmunsuz şerlərin artması, dərsliklərə salınan bəzi müəlliflərin şerlərində bədii zövqün korlanması ilə bağlı məsələ gündəmə gəlib. 

Məsələni aktuallaşdıran tanınmış yazar Qəşəm Nəcəfzadə Bizim.Media-ya açıqlamasında polemikaya çevirdiyi problemə qarşı tərəfdən tutarlı cavab almadığından şikayətənib.
 

MÖVZU İLƏ BAĞLI:

Kəramətin “romanlarımı atam yazır” ifadəsinə Qəşəm Nəcəfzadədən CAVAB: “Anarın, Elçinin əsərlərini də atası yazıb”


Onun sözlərinə görə mənası olmayan, axmaq, saxta şeirlər və yazılar dərslikləri bürüyüb:

“Bu gün dərsliklərin bədii zövqünün korlanmasında Rafiq Ələkbəroğlu İsmayılovun, Gülşən Yasin qızı Orucovanın, Ülkər Nurullayevanın, Aynur Xanlarqızının, Dilrubə Nurəddinqızının, İradə Bayramovanın, saxta müəlliflər olan Sahibə Xasayqızı və N.Həsənovun günahı var. Azərbaycan dilində danışmaq, hələ dili bilmək deyil. Mən illərdir ki, bu dillə nəfəs alıram. Rafiq İsmayılov rusdillidir. Özü Lomonosov adına dövlət universitetini bitirib. Azərbaycan dilini nə bilir, nə də hiss edir. Bu, necə Azərbaycan dili dərsliyini hazırlaya bilər? Şagird öz şairini kitablardan tanıyar. Eləcə də Mirzə Ələkbər Sabiri, Seyid Əzim Şirvanini, Abbas Səhhəti, Fərman Əlibəylini, İlyas Tapdığı kitablardan oxuyub tanımışıq. Rafiq İsmayılov isə deyir ki, müəlliflərin şagirdə və şeirə dəxli yoxdur. Dərslikdə N.Həsənov imzası olar? Şagirddən soruşsan ki, söylədiyin şerin müəllifi kimdir?
 

Deyəcək ki, N.Həsənov? Dərsliklərdəki müəliflərin adlarının çoxu saxtadır. Özləri şeri yazıb, həmin saxta adlarla dərc edirlər. Bəlkə də buna görə qonarar alırlar. Yəni bu gün dərsliklərdəki müəlliflərin çoxu “Altun Kitab” nəşriyyatının işçiləridir”.


Qəşəm Nəcəfzadə bu günə qədər orta məktəb dərsliklərinə heç bir şeirinin salınmadığından gileylənib:

“Rafiq İsmayılov imkan vermir ki, mənim şerlərim dərsliklərə salınsın. Mən Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı şöbəsinin və  “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiriyəm. 1980-ci ildən ədəbiyyatdayam. 6-7 dənə uşaq şerlər kitabım var. “Gənclik”nəşriyyatı 1984-cü ildə uşaq şerlər kitabımı çap edib.
 

İndi bunlar gəlib mənə uşaq şerləri öyrədirlər. Təhsil Nazirliyi dərsliklərə baxsaydı, bu gündə olmazdı. Şerlərdə vətən, həyat eşqi, torpaq, insanlara məhəbbət mövzularında şerlər olmalıdır.


Dərsliklərə Zahid Xəlili, Qəşəm İsabəylini, Ələmdər Quluzadəni, Məmməd Namazı, Qəşəm Nəcəfzadəni, Əfsanə Laçını, Aqil Bünyadzadəni, Gülzar İbrahimovanı, Aləmzər Əlizadəni, Ələsgər Əlioğlunun şerlərini daxil etsinlər. Bunlar ən yaxşı uşaq şairləridir. Yoxsa ki, özlərindən saxta şerlər yazırlar. Bilmirəm, qarınlarının dərdi nədir? Təhsil Nazirliyinin dərsliklərlə bağlı müvafiq şöbəsi varsa, bu biabırçılığa nəzarət etməlidir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin aidiyyəti şöbəsinə öz növbəsində biz də sorğu ünvanladıq. 
Yazıda adı keçən müəllif və qurumların mövqeyini dərc etməyə hazırıq. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO