"Ukrayna parlament-prezident respublikasıdır və hakimiyyət dövlət rəhbərlərindən birinin mümkün ölümü zamanı müxtəlif variantları nəzərdən keçirir".
Bizim.Media TASS-a istinadənxəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Qanunvericiliyə görə, ölkəni idarə edəcək şəxs var. Biz hazırıq və bölünmüşük. Mən, Baş nazir, parlament spikeri... Əgər itki olsa, biz bu prosesə hazır olacağıq. Nazirlər Kabinetini iki yerə ayırmışıq ki, ölkə hətta belə hallarda da qoruna bilsin”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, V.Zelenskiyə bir neçə dəfə rus kəşfiyyatının ona mümkün sui-qəsdi ilə bağlı suallar ünvanlanıb. Ukrayna lideri hər dəfə bu sualları zarafatyana şəkildə cavablayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
06:27 / 24.05.2022
Zelenski öldürülərsə Ukraynanı bu şəxslər idarə edəcək
Hazırda oxunan: Zelenski öldürülərsə Ukraynanı bu şəxslər idarə edəcək
Hazırda oxunan: Zelenski öldürülərsə Ukraynanı bu şəxslər idarə edəcək
75845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.