“Üç, yeddi, qırx mərasimlərini də yığışdırmaq lazımdır” - Əhməd Qəşəmoğlu

“Üç, yeddi, qırx mərasimlərini də yığışdırmaq lazımdır” - Əhməd Qəşəmoğlu

Hazırda oxunan: “Üç, yeddi, qırx mərasimlərini də yığışdırmaq lazımdır” - Əhməd Qəşəmoğlu

75772

“Başdaşı düzəltmək, ölü üçün üç, yeddi və qırx mərasimləri təşkil etmək artıq şeylərdir”.

Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda qəbiristanlıqların rəqəmsallaşdırılması ilə bağlı Bizim.Media-yanın sualına cavab verərkən deyib.

Ekspertin sözlərinə görə həyatın bütün sahələrində rəqəmsallaşmaya keçid baş verir. Əgər bu qəbiristanlıqlarda da baş versəydi, çox yaxşı olardı. 

“Ümumiyyətlə, oğuldan, nəvədən sonra qəbirstanlığa gedib öz əcdadını axtaran və ya baş çəkən olmur. Rəqəmsallaşdırıldığı təqdirdə isə hər kəs 200 il sonra da öz əcdadlarının qəbirlərini asanlıqla tapa biləcək”.

Sosioloqun fikrincə, Türkiyədə qəbirstanlıqların rəqəmsallaşdırılması Azərbaycan üçün çox yaxşı bir örnək ola bilər.
“Türkiyənin bir neçə böyük qəbiristanlıqlarında rəqəmsallaşdırmaya keçirilib. Əgər Azərbaycan da buna qərar verərsə, o zaman qardaş ölkənin bu sahədəki təcrübəsindən istifadə edə bilər”.

Qəbir daşları üzərində biznes quran və qəbir daşı hazırlamaq üçün borclanan insanların mövcud vəziyyətinə toxunan ekspert bu fikirləri vurğulayıb: 

“İslamın əsas qaydası cənazə namazından sonra ölünü dəfn etməkdir və bundan sonra öhtəlik qurtarır. İslama görə qəbir daşı itib gedəcək formada qoyulmalıdır. Bizdə isə sanki insanlar daha yaxşı qəbir daşı düzəltmək üçün bir-biri ilə yarışa giriblər”.

Sosioloqun açıqlamasına görə hündür başdaşı düzəltmək, üç, yeddi və qırx mərasimləri təşkil etmək artıq şeylərdir:

“Naxçıvanda qəbirlərin üstündə düzəldilən artıq bər-bəzəyin demək olar ki, hamısı sökülüb və yerli insanlar da bunu normal qəbul ediblər. Avropa ölkələrində olan qəbirstanlıqlar öz səliqəsi və bir birinə bənzəyən standartla diqqəti cəlb edirsə,  bizdə bütün bunlar nəyə lazımdır?”
Bütün qəbirlərin sökülərək standart formaya salınmasının vacibliyini izah edən ekspert bundan narazı ola biləcək insanlarla da bağlı öz təklifini irəli sürüb:

“Əgər dini qurumlarla iş üzrə dövlət komitəsi bununla bağlı bəyanat versə, bütün qəbirlər sökülüb standart formaya salınarsa, insanlar da bununla razılaşar. İslama və ictimaii bərabərliyə zidd bu cür addımlardan qurtulmaq lazımdır. Bilirsiniz, bunu nə vaxtsa edəcəyik, yaxşı olar ki, indi başlayaq”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO