Oqtay Gülalıyevin dərmanları gömrükdə saxlanılıb - Həyat yoldaşından AÇIQLAMA 

Oqtay Gülalıyevin dərmanları gömrükdə saxlanılıb - Həyat yoldaşından AÇIQLAMA 

Hazırda oxunan: Oqtay Gülalıyevin dərmanları gömrükdə saxlanılıb - Həyat yoldaşından AÇIQLAMA 

7576

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində 1 ildən çoxdur koma vəziyyətində olan və 4 əməliyyat keçirən hüquq müdafiəçisi Oqtay Gülalıyevin dərman təchizatında problem yaranıb. 

Bu barədə Bizim.Media saytına hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

O, həyat yoldaşının müalicəsi üçün xüsusi olaraq Türkiyədən gətirilən pereparatların gömrük orqanlarında ləngidildiyini deyib: 

“Türkiyədən sifariş etdiyimiz Oqtay bəyin dərmanları hazırda gömrükdə ilişib qaldığı üçün gəlməyib. Bilirsiz ki, onun bütün dərman və yeməkləri Türkiyədən gəlir”. 

Firuzə Gülalıyevanın sözlərinə görə, hüquq müdafiəçisinin müalicəsini hazırda Səhiyyə Nazirliyi öhdəsinə götürüb:

“Türkiyədə Oqtay bəyin bütün müalicə xərcini Heydər Əliyev Fondu çəkirdi. Vətənə gətiriləndən sonra bu iş Səhiyyə Nazirliyinə tapşırılıb. Onun dərmanları, yemək və ləvazimatları çox məbləğ tutur. Buna isə gücümüz yetmir”.

Oqtay Gülalıyevin durumundan danışan Firuzə Gülalıyeva həyat yoldaşının vəziyyətində müsbət irəliləyişlərin olduğunu deyib:

''Əvvəlki dönəmlə müqayisədə reaksiyaları artıb. Ayaqlarında və əllərində tərpənişlər bir qədər artıb. Duyğu qabiliyyətində də irəliləmə görünür. Amma proses ləng gedir. Çağıranda dönüb baxır. Amma çağırışlarımıza cavab verib-vermədiyini bilmirik. Hərarəti və infeksiyası yoxdur''.

''Müalicəsi evdə davam etdiyindən həkim və tibb bacıları onu axşam saat 6-ya qədər nəzarətdə saxlayır. 6-dan səhər 9-a kimi Oqtay bəy nəzarətsiz qalır. Yaxşı olardı ki, həkimlər axşamlar da gəlsin''. 

Qeyd edək ki,1 il 3 aydır  yataq xəstəsi olan Oqtay Gülalıyev ötən il noyabrın 7-də İstanbuldan Bakıya gətirilib və müalicəsi evində davam etdirlir.

Alçina Amilqızı,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO