Həmkarı Xatunu “yıxıb-sürüdü”: “Züm-zümə edir, nəinki ifa” - VİDEO  

Həmkarı Xatunu “yıxıb-sürüdü”: “Züm-zümə edir, nəinki ifa” - VİDEO  

Hazırda oxunan: Həmkarı Xatunu “yıxıb-sürüdü”: “Züm-zümə edir, nəinki ifa” - VİDEO  

75740

Müğənni Əminə Şirin həmkarı Xatun Əliyevanı “yıxıb-sürüyüb”.  

Bizim.Media xəbər verir ki, “Şourum” maqazin verilişində qonaq olan sənətçi həmkarlarının oxuduğu mahnılarla bağlı fikirlərini açıqlayıb.  

Xatunun “Ən gözəl qadınlar” nəğməsində yer alan “Ən gözəl qadını Tanrı qısqanar, ən gözəl qadını Tanrı sevməzmiş” sözləri Əminənin qəzəbinə səbəb olub:  

“Qadını gözəl yaradan Tanrıdır, necə sevməyə bilər? Qısqanclıq paxıllıq deməkdir. Allah özü buyurub ki, içinizdə paxıllıq olmasın. İnsan nəyi düşünüb, türklər demiş, nəyin “qafasını” yaşayıb, belə sözlər yaza və ya ifa edə bilər? Gərək ehtiyatla yanaşasan. Gün ərzində min mahnı göstərib, min söz göndərə bilərlər, baxıb, seçirsən axı” - deyə, Şirin bildirib.  
Verilişin gedişatında Əminə Xatunun səsi barəsində qalmaqallı fikirlər səsləndirib:  

“İnsanların içərisində müğənni olmayıb, başqa peşənin sahibi olanlar elə gözəl züm-zümə edir ki, deyirsən, dəqiq müğənni deyilsən? Deyir, yox, özüm üçün oxuyuram. Bax bu xanım da züm-zümə edənlərin sırasındadır. Səsini bəyənmirəm. İfa etmək başqadır, züm-zümə etmək başqa.  
O, züm-zümə edir, nəinki ifa. Hansı ifası var? Canlı ifası var efirlərdə? Təəccübləndirin məni, xahiş edirəm. Sənətçilər tanıyıram ki, adam oxuya bilmir, amma məclisi elə gözəl ələ alır ki...Amma gəl ki, səhnədə səliqəli bir mahnı oxumaq onluq deyil”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO