Ermənipərəst alimin heykəli gülüş hədəfinə çevrildi – “Xankəndində oturub, “Bayraktar”ı seyr edən Saxarov”

Ermənipərəst alimin heykəli gülüş hədəfinə çevrildi – “Xankəndində oturub, “Bayraktar”ı seyr edən Saxarov”

Hazırda oxunan: Ermənipərəst alimin heykəli gülüş hədəfinə çevrildi – “Xankəndində oturub, “Bayraktar”ı seyr edən Saxarov”

75632

Xəbər verdiyimiz kimi, Moskvanın “Muzeon” parkından yoxa çıxan rusiyalı ermənipərəst alim Andrey Saxarovun heykəli Xankəndində peyda olub.

Bizim.Media xəbər verir ki, bu gün açılışı baş tutan heykəlin forması sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.

MÖVZU İLƏ BAĞLI:

Andrey Saxarovun Moskvada oğurlanan abidəsi Xankəndidə peyda oldu – FOTO


Belə ki, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov öz sosial şəbəkə hesabından yazdığı statusda Saxarovun abidəsinə maraqlı ad tapıb:

“Saxarov Xankəndi səmasında uçan “Bayraktar”ı seyr edir”.

Qeyd edək ki,  dünən Rusiya mətbuatında Andrey Saxarovun heykəlinin yoxa çıxması ilə bağlı xəbərlər yayılıb. Bu gün isə sülhməramlıların və qondarma rejim “rəsmi”lərinin iştirakı ilə Xankəndində həmin heykəlin açılış mərasimi baş tutub.

Məlumat üçün bildirək ki, Nobel mükafatı laureatı olan Andrey Saxarov özünün “beyin mərkəzi” adlandırdığı erməni həyat yoldaşı Yelena-Əlixanyan Bonnerin təsiri ilə Qarabağ münaqişəsində ermənilərin tərəfini tutması, azərbaycanlıların isə haqqını tapdalaması ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO