“SABAH.lab” Akselerasiya Mərkəzi bu Klubla Memorandum imzaladı - FOTO

“SABAH.lab” Akselerasiya Mərkəzi bu Klubla Memorandum imzaladı - FOTO

Hazırda oxunan: “SABAH.lab” Akselerasiya Mərkəzi bu Klubla Memorandum imzaladı - FOTO

75626

Mələk investorları bir araya gətirən “Technovate Mələk İnvestorlar Klubu” ilə “SABAH.lab” Akselerasiya Mərkəzi arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Azərbaycan Respublikasının Təhsil İnstitutunun saytında yer alıb.

Mənbə yazır ki, tərəflər olaraq “SABAH.lab” Akselerasiya Mərkəzinin Baş icraçı direktoru Rəhim Bayramlı və “Technovate Mələk İnvestorlar Klubu”nun rəhbəri Orxan Bağırov çıxış ediblər.

Əməkdaşlığın ilk addımı kimi sözügedən klubun adının  “Technovate-Sabah Mələk İnvestorlar Klubu” olaraq dəyişdirilməsinə qərar verilib.

Qeyd edək ki, “SABAH.lab” Azərbaycan Respublikası Təhsil Nazirliyi və ARTİ-nin birgə təşəbbüsü ilə yaradılan və fəaliyyət göstərən startap akselerasiya mərkəzidir.

Mərkəzin əsas məqsədi ölkədə dayanıqlı startap ekosistemi yaradaraq iqtisadi inkişafa töhfə verməkdir. Bu məqsədi gerçəkləşdirmək üçün “SABAH.lab” hal-hazırda 2 akselerasiya proqramı həyata keçirir və 21 rezident komanda bu proqramların üzvüdür.

Technovate Mələk İnvestorlar Klubu isə yerli investorları bir araya gətirərək investorlar şəbəkəsini genişləndirmək məqsədilə təsis edilib. Buraya 10.000-50.000 ABŞ Dolları arası yatırım etməyə hazır olan investorlar cəlb olunur və əsasən yerli startaplar ilkin mərhələlərdə yatırım etmək imkanı əldə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO