“Rusiyanın kritik infrastrukturunu sıradan çıxarmağa çalışırlar” - Putin - VİDEO

“Rusiyanın kritik infrastrukturunu sıradan çıxarmağa çalışırlar” - Putin - VİDEO

Hazırda oxunan: “Rusiyanın kritik infrastrukturunu sıradan çıxarmağa çalışırlar” - Putin - VİDEO

75402

“Son illər Rusiyanın İT infrastrukturuna kiberhücumların sayı artır və xüsusi hərbi əməliyyat başlandıqdan sonra problemlər daha da böyüyür”.  

Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasında səsləndirib.  

Ölkəsinə qarşı kiberhücumlardan danışan Kreml rəhbəri qeyd edib ki, Rusiyaya qarşı kiberməkanda genişmiqyaslı müharibə başlayıb. 

“Rusiya Federasiyasına kiberhücumların sayı xeyli artıb. Ölkəmizə olan sanksiya hücumları kimi kiberaqressiya da uğursuzluğa düçar oldu. İnternet resurslarının, Rusiyada kritik infrastrukturun, sosial əhəmiyyətli portalların, şəbəkələrin sıradan çıxarılmasına cəhdlər edilir”, - deyə Putin qeyd edib.  

Bundan əlavə, Rusiya lideri ölkənin kiberhücumlardan müdafiəsi istiqamətində tədbirlərin gücləndirilməsi tapşırığını verdiyini də deyib.  

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO