Etirazlara səbəb Fransada sürücülük vəsiqəsi üçün baş örtüyü ilə şəkil çəkdirməyi qadağan edən qanun layihəsinin hazırlanmasıdır. Qanun layihəsi Makronun təşəbbüsü ilə hazırlanıb və 9 dekabrda müzakirə olunacaq. Lakin Fransada yaşayan müsəlmanlar Makronun bu qərar ilə onları təhqir etdiyini düşünürlər.
Xatırladaq ki, Makron 2 oktyabrdakı çıxışında “İslam dünyanın hər yerində böhran yaşayır, müsəlmanlar separatçı fikirlər daşıyırlar, öz qanunlarını Fransa qanunlarından üstün tuturlar” ifadələrini işlətmişdi.